“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak etmək məqsədilə Portuqaliyaya yollanır.
Korner.az-ın klubun saytına istinadən yaydığı məlumata görə, komanda “Yuventus” (İtaliya), “Portu”, “Benfika”, “Nasional” (hamısı Portuqaliya), “Vilyarreal”, “Deportivo” (hər ikisi İspaniya), “Olimpik” Marsel, “Lorien” (hər ikisi Fransa) kimi tanınmış klubların iştirakı ilə 24-30 iyun tarixlərində baş tutacaq ənənəvi IBERCUP – 2012 turnirində iştirak edəcək.
Oyunlar paytaxt Lissabonda keçiriləcək.