Qəbələ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə “Neftçi”, “Abşeron”, “Sumqayıt” və AZAL kimi klublarda top qovan Ruslan Tağızadə ilə 2 illik müqavilə imzalanıb.
20 yaşlı yarımmüdafiəçi yeni klubu haqda ilkin təəsüratlarını bölüşüb: “Qəbələ”nin hədəflərindən xəbərdaram. Qarşısına böyük məqsədlər qoymuş komandanın heyətində çıxış etmək hər bir gənc futbolçunun arzusudur. “Qəbələ”yə keçidimə görə çox sevincliyəm. İnanıram ki, yeni komandama hədəflərinə çatmaqda kömək edə biləcəyəm”.
