Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup” turnirinə start verilib
Yarışda qüvvəsini sınayan “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib.
C qrupunda mübarizə aparan “qırmızı-qaralar” ilk turda Litvanın “Vilnüs” komandasını sınağa çəkiblər. Sərxan Mirzəzadənin dubl etdiyi görüşdə “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib.
Ülfət Mədətovun baş məşqçisi olduğu komanda ikinci matçını Latviya “Dauqavpils”inə qarşı keçirib. Futbolçularımız meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.
Qeyd edək ki, “Qəbələ” qrup mərhələsinin növbəti iki oyununu sabah keçirəcək. Təmsilçimiz Finlandiyanın “Maski” və Belarusun “Smena” komandaları ilə qarşılaşacaq.
apasport.az
