Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında V turun daha bir oyunu keçirilib. “Qəbələ” “Səbail”lə qarşılaşıb.
Binə qəsəbə stadionunda keçirilən oyun “qırmızı-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Rövlan Muradov bir qol vurub, Ülvi İskəndərov isə dublla yadda qalıb.
Turun digər matçlarında “Zirə” “Neftçi”yə qalib gəlib (1:0), “Sumqayıt” isə “İnter”lə bərabərliyə razılşıb (1:1).
