Topaz Premyer Liqada bu gün daha bir oyun keçiriləcək.
Korner.az-ın məlumatına görə, "Xəzər Lənkəran" klubu evdə "Zirə"ni qəbul edəcək.
Lider "Qarabağ"la 6 xallıq fərqi qorumaq niyyətində olan "Zirə" bu görüşdən qələbə ilə ayrılmağa çalışacaq.
Cari mövsüm heç də yaxşı günlərini yaşamayan "Xəzər Lənkəran"ın paytaxt təmsilçisinə nə dərəcədə müqavimət göstərəcəyi maraqla gözlənilir.
21 fevral
Topaz Premyer Liqa, 22-ci tur
14:00. “Xəzər Lənkəran” – “Zirə” 0:2
Qollar: Yovan Krneta, 16, Nelson Bonilla, 73
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Vüqar Bayramov, Elvin Əsgərov
“Xəzər Lənkəran” mərkəzi stadionu.
16:30. “Rəvan” – “Qəbələ” 0:1
Qol: Arif Daşdəmirov 77.
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Munis Abdullayev, Xəlil Xəlilov
“Bayıl Arena”.
