Topaz Premyer Liqasının 21-ci turunda keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” matçı canlı yayımlanacaq.
Korner.az-un məlumatına görə, fevralın 15-də baş tutacaq oyun “İdman Azərbaycan” kanalı vasitəsilə futbolsevərlərə nümayiş etdiriləcək.
Qeyd edək ki, oyun saat 13:00-da start götürəcək.
