“Qəbələ” və “Şamaxı”nın baş məşqçisi Pro kateqoriyası aldı
11.11.2022 , 10:18

AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və lisenziyalar təqdim olunub.
Korner.az xəbər verir ki, diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.
Pro kateqoriyalı məşqçi kurslarını tamamlayanlar arasında “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli və “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev də var.
