Topaz Premyer Liqanın 20-cu turunda keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, fevralın 8-i saat 14:30-da başlayacaq qarşılaşma Azərbaycan dövlət televiziyası ilə birbaşa nümayiş olunacaq. Artıq bu görüş telekanalın proqramına salınıb.
Qeyd edək ki, “Qəbələ” hazırda turnir cədvəlində birinci, “Qarabağ” isə üçüncü pillədədir.
