“Qəbələ” və “Neftçi”nin hər iki oyununun vaxtı açıqlandı
19.07.2019 , 18:01

“Qəbələ” və “Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki hər iki oyununun vaxtı açıqlanıb.
Korner.az-ın məlumatına görə,iyulun 25-də keçiriləcək “Qəbələ” – “Dinamo” görüşü Bakı vaxtı ilə 19:00-da, “Arsenal” – “Neftçi” oyunu isə saat 21:00-da başlayacaq.
Cütlüklərin cavab görüşü avqustun 1-i Tiflis və Bakıda olacaq.Hər iki oyuna saat 21:00-da start veriləcək.
