Topaz Premyer Liqasının XXX turunun iki oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, hər iki matçı “İdman Azərbaycan” efirə verəcək.
Kanal aprelin 12-də saat 15.00-da “Qəbələ” – AZAL matçını yayımlayacaq. Bundan iki saat sonra isə “İnter” – “Neftçi” görüşü azarkeşlərə təqdim olunacaq.
Həmin gün baş tutacaq digər 3 oyun – “Qarabağ” – “Rəvan”, “Sumqayıt” – “Simurq” və “Bakı” – “Xəzər Lənkəran” göörüşləri isə proqrama salınmayıb.
