Ölkə futbolu

“Qəbələ” Urfan Abbasovla yollarını ayırdı

04.06.2019 , 15:51

“Qəbələ” klubu müdafiəçi Urfan Abbasovla yollarını ayırıb. Futbolçu 2019-2020-ci illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.

27 yaşlı müdafiəçi 2011/12 mövsümündən komandamızın şərəfini qoruyub. O, bu müddətdə 220 matçda meydana çıxıb. Müdafiəçinin hesabında 3 qol var. Abbasov Premyer Liqada 177, kubokda 28, Avropa Liqasında 15 matça çıxıb. Urfan bütün qollarını ölkə çempionatında vurub.

O, “Qəbələ”də keçirdiyi 8 mövsümdə Premyer Liqanın beş mükafatını qazanıb. Müdafiəçi 2016/17 və 2017/18 mövsümlərində gümüş, 2013/14, 2014/15 və 2015/16 mövsümlərində bürünc medala yiyələnib. Abbasov 2018/19 mövsümündə Azərbaycan kubokunun qalibi, 2013/14, 2016/17 və 2017/18 mövsümlərində finalçısı olub.

Son yazılar

Yuxarı