“Qəbələ”nin U-15 komandası Ukrayna Prezidenti turnirində iştirak etmək üçün adıçəkilən ölkəyə yola düşüb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 8 komandanın yer alacağı turnirdə kollektivlər ilkin mərhələdə 2 qrupda mübarizə aparacaqlar.
Komandamızın da yer aldığı B qrupu aşağıdakı klublardan ibarətdir.
B Qrupu:
“Qəbələ”
“Dinamo” (Ukrayna)
“Real-Suçkes” (Moldova)
“Çernomorets” (Ukrayna)
Komandamız ilk oyununu bu gün Bakı vaxtı ilə saat 19:45-də “Çernomorets” klubuna qarşı keçirəcək.
