Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" klubu bu gün növbəti yoxlama matçına çıxacaq.
Korner.az-ın məlumatına görə, Ramiz Məmmədovun komandası bu dəfə Ukrayna Premyer Liqa təmsilçisi "Volın"la üz-üzə gələcək.
İlk yoxlama matçında Almaniyanın "İnqolştadt" klubuna 3:4 hesabı ilə məğlub olan "Qəbələ" bu dəfə qələbə qazanmağa çalışacaq. Lakin "Volın"ın buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğurur.
Qeyd edək ki, "Qəbələ" – "Volın" matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
25 yanvar
Yoxlama oyunu
19:00. "Qəbələ" (Azərbaycan) – "Volın" (Ukrayna)
