“Qəbələ”nin Avroliqanın üçüncü təsnifat mərhələsində “Lill” üzərindəki tarixi qələbəsi UEFA-nın da diqqətini çəkib.
Korner.az-ın məlumatına görə, qurumun rəsmi saytı “Qəbələ”nin Fransa təmsilçisini, eləcə də bu mərhələnin digər sensasiyası – Kipr AEK-inin Moskva “Spartak”ını mübarizədən kənarlaşdırmasını əsas yazı – manşet xəbəri kimi verib.
Yazıda Avro-2016″nın final oyununun qəhrəmanı, “Lill”in hücumçusu Ederin də oynadığı matçda “Qəbələ”nin qələbə qazandığı qeyd edilib.
