“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
24.10.2019 , 16:03

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb.
Çempionlar yolunda mübarizə aparan Famil Xəlilovun komandası 1-ci mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşıb
Nikosiyada keçirilən ilk görüşdə 1:1 hesablı heç-heçə edən “qırmızı-qaralar” bu dəfə doğma meydanda uduzub – 0:1. Bununla da “Qəbələ” turnirdə mübarizəni dayandırıb.
24 oktyabr
UEFA Gənclər Liqası
1-ci mərhələ, cavab oyunu
14:00. “Qəbələ” (Azərbaycan) – APOEL (Kipr) – 0:1
Qol: Satsias, 55
Hakimlər: Denis Şurman, Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:1.
