Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.
Korner.az-ın məlumatına görə, bu turnirdə mübarizə aparan "Qəbələ" klubu Gürcüstanda "Samtredia" ilə üz-üzə gələcək.
Bir həftə bundan öncə Bakıda rəqibini darmadağın edən (5:1) "qırmızı-qaralar" üçün cavab matçı formal xarakter daşıyır. Möcüzə olmayacağı təqdirdə Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv mərhələ adlayan tərəf olacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
7 iyul
19:00. “Samtredia” (Gürcüstan) – “Qəbələ” (Azərbaycan) – 2:1
Qol: Budu Zivzivadze 14, Teo Uiks 43.
Baş hakim: Georgios Kizas
Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas
Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Mətin Kazancıoğlu (Türkiyə)
Zestafoni. “David Abaşidze” stadionu
İlk oyun – 1:5
