Topaz Premyer Liqasının XVIII turunun “Turan”la matçından sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verir.
Korner.az-ın məlumatına görə, təlim-məşq prosesinin ilkin mərhələsi Mingəçevirdə baş tutacaq komanda sabah – yanvarın 8-də bu şəhərə yollanacaq.
Toplanışın 1-ci mərhələsi yanvarın 18-ə kimi davam edəcək. Hazırlıq müddətində komanda “Riverside” oteldə məskunlaşacaq. Yanvarın 20-də isə “Qəbələ” Antalyaya yola düşəcək. Hazırlıq prosesinin ikinci mərhələsinə fevralın 3-də yekun vurulacaq.
Bu müddətdə “Qəbələ” qonşu ölkədə 4 yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmalar yanvarın 22, 25, 28-də və fevralın 1-i baş tutacaq. Komanda toplanış müddətində Antalyanın Bələk bölgəsində yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq.
