Premyer Liqasının II turunun “Qəbələ” – “İnter” oyunu bu komandaların 19-cu duel olacaq. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, avqustun 10-dakı görüşə qədər komandalar 18 dəfə görüşüb.
Bu qarşılaşmaların 16-sı çempionat, 2-si kubok çərçivəsində baş tutub. Ümumi balans “İnter”in xeyirinədi. Belə ki, “İnter” 9, “Qəbələ” 3 qələbə qazanıb, qalan 6 oyun sülhlə bitib. Top fərqi də “bankirlər”in xeyrinədi – 13:28.
Lakin rəqiblərin 10-cu dəfə üz-üzə gələcəyi “Qəbələ”nin meydanında tarazlıq var. Komandalar hərəyə 3 dəfə qalib gəlib və 3 dəfə bərabərliklə ayrılıblar. Top fərqində isə “Qəbələ” cüzi üstünlüyə malikdi – 7:6. Qələbə sayındakı tarazlığı pozmaq şansı yaranıb. Son 2 ev oyununda “İnter”ə uduzmayan “Qəbələ” bu uğurlu seriyanı da davam etdirməyə çalışacaq.
2006/07 05.08.2006 Premyer Liqa Gilan – İnter 0:0
2006/07 12.02.2007 Premyer Liqa İnter – Gilan 2:0
2007/08 02.12.2007 Premyer Liqa Qəbələ – İnter 2:1
2007/08 28.05.2008 Premyer Liqa İnter – Qəbələ 4:0
2008/09 30.08.2008 Premyer Liqa İnter – Qəbələ 1:1
2008/09 07.03.2009 Premyer Liqa Qəbələ – İnter 0:1
2008/09 29.04.2009 Kuboku, 1/2 İnter – Qəbələ 5:0
2008/09 06.05.2009 Kuboku, 1/2 Qəbələ – İnter 2:0
2009/10 26.09.2009 Premyer Liqa İnter – Qəbələ 3:2
2009/10 24.12.2009 Premyer Liqa Qəbələ – İnter 0:1
2009/10 10.04.2010 Premyer Liqa Qəbələ – İnter 1:1
2009/10 15.05.2010 Premyer Liqa İnter – Qəbələ 4:1
2010/11 19.09.2010 Premyer Liqa Qəbələ – İnter 0:1
2010/11 13.11.2010 Premyer Liqa İnter – Qəbələ 0:0
2011/12 23.10.2011 Premyer Liqa İnter – Qəbələ 1:1
2011/12 11.12.2011 Premyer Liqa Qəbələ – İnter 0:0
2011/12 24.03.2012 Premyer Liqa Qəbələ – İnter 2:1
2011/12 22.04.2012 Premyer Liqa İnter – Qəbələ 2:1
