“Qəbələ” üçün ilk sınaq
12.07.2023 , 11:38

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” qardaş ölkədəki hazırlığın ikinci günündə Moldova təmsilçisi “Sukleya” ilə görüşəcək. Qarşılaşma komandanın məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
“Qəbələ” Boluda üç yoxlama matçı keçirəcək.
Yoxlama oyunu
12 iyul
17:00. “Qəbələ” – “Sukleya” (Moldova)
