2012-2013 mövsümündə U-11 Liqasının qalibi adını qazanmış “Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq məqsədi ilə sabah Gürcüstana yola düşəcək.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 6 gün davam edəcək hazırlıq prosesi müddətində “qırmızı-qaralar” 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” iyunun 21-də və 23-də “Dinamo” (Tbilisi), 25-də isə Sulakvelidze Akademiyası ilə üz-üzə gələcək.