“Bakcell U-14 Elit Kuboku” turnirinə yekun vurulub.
Korner.az-ın məlumatına görə, bir il əvvəl olduğu kimi, turnirin final oyununda “Qəbələ” ilə “İnter” üz-üzə gəliblər.
Həlledici matça qədər keçirdiyi bütün oyunlarda qalib gələn “Qəbələ” bu dəfə də rəqibindən güclü olub. Bayıl stadionundakı matçda 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ardıcıl ikinci dəfə kubokun sahibi olublar.
Qeyd edək ki, yarışa A qrupunda başlayan “Qəbələ” Qərb yığmasını 3:1, Şimal Elit yığmasını 5:0, “Sumqayıt”ı 2:0, 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə “Neftçi” PFK-nı 3:2 hesabı ilə məğlub edib.
