Təlim məşq prosesinin ilkin mərhələsini başa çatdıran “Qəbələ” klubu hazırlığın ikinci mərhələsi üçün bu gün Türkiyənin Sparta bölgəsinə yola düşəcək.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 14 günlük təlim-məşq müddətində “qırmızı-qaralar” 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyulun 3-də Zaporojye “Metallurq”u, 7-də “Trabzonspor”, 10-da “Antalyaspor”, 13-də isə “Mersin İdman Yurdu” ilə qarşılaşacaq.
