“Qəbələ” Türkiyə klubuna qarşı
17.07.2019 , 12:29

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, əyalət klubu sonuncu sınaq matçında “Boluspor”la qarşılaşacaq. Yerli komanda ilə görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” toplanış çərçivəsində buna qədər Ukrayna təmsilçiləri “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib, “Vorskla”ya 1:3 uduzub.
