“Qarabağ”dan qələbə
24.12.2022 , 19:30

Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları davam edir.
Korner.az-ın xəbər verir ki, bu gün daha 2 matç keçirilib. “Qəbələ” evdə “Turan Tovuz”la qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə bitib.
“Qarabağ” səfərdə “Səbail”lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
24 dekabr (şənbə)
15:00. “Qəbələ” – “Turan Tovuz” – 0:0
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Qəbələ şəhər stadionu.
17:30. “Səbail” – “Qarabağ” – 0:3
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
“ASCO Arena”.
25 dekabr (bazar)
15:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu.
