“Qarabağ” çempion oldu
13.05.2023 , 22:25

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk oyunu Qəbələdə baş tutub. Turan Tovuz” “Qəbələ” ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
Günün digər oyununda “Qarabağ” “Səbail”in qonağı olub. Ağdam təmsilçisi bu görüşdə 3:0 hesablı qələbə qazanaraq çempionluğunu rəsmiləşdirib.
Azərbaycan Premyer Liqası
XXXIV tur
13 may
18:00 Qəbələ – Turan Tovuz – 1:2
Qollar: R.Utziq, 66 – Sadiq Quliyev, 54, X.Siyanda, 90+5
Qəbələ şəhər stadionu
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
20:30 Səbail – Qarabağ – 0:3
Qollar: Bəhlul Mustafazadə, 71, Ramil Şeydayev, 77 (pen.), 86
“ASCO Arena”
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
