Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Yuri Syominin komandası Türkiyə nəhəngi “Trabzonspor”la qarşılaşıb.
Qarşılaşma qaradənizlilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Abdülkadir və Volkan vurub.
“Qəbələ” bundan öncə Ukrayna “Metallurq”u (Zaporojye) ilə görüşmüş və 1:1 hesablı bərabərlik qeydə alınmışdı. “Qəbələ” iyulun 14-dək bu ölkədə hazırlıq keçəcək. Komandanın növbəti rəqibləri “Antalyaspor” (10 iyul) və “Mersin İdman Yurdu” (13 iyul) olacaq.
Yoldaşlıq oyunu
7 iyul
“Trabzonspor” – “Qəbələ” – 2:0
Qollar: Abdülkadir, 20, Volkan, 72
“Trabzonspor”: Onur, Celustka, Mustafa, Emerson, Yusuf, Alanzinho, Abdülkadir, Aykut, Yasin, Olcan, Enrike
“Qəbələ”: David Pietrzkieviç, Rail Məlikov, Omar Kalabane, Vladimir Levin, Ürfan Abbasov, Viktor Mendi, İbrahima Niasse, Lorentso Ebesilio, Nizami Hacıyev, Abdulvahid Afolabi, Dodo
