“Qəbələ” Tovuza gedir
06.08.2022 , 12:04

“Qəbələ” Misli Premyer Liqasının 2022-2023-cü illər mövsümünə avqustun 8-də start verəcək.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” I turun son görüşündə “Turan Tovuz”la qarşılaşacaq.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri oyunun hazırlığını bugünkü məşqlə başa vurub. Komanda bu gün matçın keçiriləcəyi Tovuza yola düşəcək. “Qırmızı-qaralar” son məşqlərini Tovuz şəhər stadionunda gerçəkləşdirəcək.
Avqustun 8-də baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.
