Qəbələ" klubu Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində dekabrın 8-i səfərdə baş tutacaq "Sumqayıt"la matçın hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətində zədəli və cəzalı futbolçu olmayan komandanın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür.
"Qəbələ" bu gün səhər məşqinin ardından paytaxta yollanacaq. Millinin düşərgəsində olan Rövşən Əmiraslanov və Ürfan Abbasov komandaya Bakıda qoşulacaq. “Qəbələ” “Sumqayıt” matçıöncəsi son məşqini paytaxtda keçirəcək.
