“Qəbələ”dən qələbə
05.08.2020 , 21:28

Növbəti mövsümə hazırlığı davam etdirən “Qəbələ” və “Sumqayıt” yoxlama oyununda üz-üzə gəlib.
Korner.az xəbər verir ki, Ayxan Abbasovun komandası “Qəbələ”yə qarşı keçirilən görüşdə 1:2 hesabı ilə uduzub.
“Sumqayıt” bundan əvvəlki sınaq matlarında “Neftçi”yə 0:3, “Sabah”a 0:1 hesabı ilə uduzub. “Qəbələ” isə “Zirə” ilə qosluz heç-heçə edib, “Səbail”ə məğlub olub – 1:2..
Yoxlama oyunu
5 avqust
18:00. “Qəbələ” – “Sumqayıt” – 2:1
Qollar: Murad Musayev, 19, Ülvi İsgəndərov, 55 – Elvin Bədəlov, 60
