“Qəbələ” və “Neftçi”dən darmadağın
07.03.2020 , 20:02

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
İlk olaraq “Qəbələ” “Sumqayıt”ı qəbul edib. “Qırmızı-qaralar” rəqibini darmadaın edib – 5:0.
Günün digər oyununda isə Neftçi” “Sabah”la qarşılaşıb. “Ağ-qaralar” bu görüşdə Masazır təmsilçisini 4:0 hesabı ilə məğlub edib.
7 mart (şənbə)
16:00. “Qəbələ” – “Sumqayıt” – 5:0
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı
Qəbələ. Şəhər stadionu
18:00. “Neftçi” – “Sabah” – 4:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Kamal Umudlu
Bakı. “Bakcell Arena” stadionu
