“Qəbələ” “Sumqayıt”la qarşılaşacaq
18.03.2019 , 16:20

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyunu keçirəcək.
Ayxan Abbasovun komandası “Qəbələ” ilə qarşılaşacaq.
Martın 25-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 16:00-da start götürəcək.
