Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında 16-cı turun daha bir oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, günün yeganə matçında “Sumqayıt” “Qəbələ”ni qəbul edib.
Qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb.
Əvəzedicilərin çempionatı
16-cı tur
7 dekabr
"Sumqayıt" – "Qəbələ" – 1:2
Qollar: Ramil Həşimzadə, 71 – Amil Yunanov, 82, Kamal Mirzəyev, 90+1.
