Avroliqanın pley-off mərhələsində “Maribor”la cavab oyununda qarşılaşacaq “Qəbələ” bu gün Sloveniyaya gedib.
Korner.az-ın məlumatına görə, səhər saatlarında çarter reysi ilə səfərə çıxan komanda artıq mənzil başına çatıb.
Qeyd edək ki, “Maribor” – “Qəbələ” görüşü avqustun 25-də keçiriləcək. “Qəbələ” Bakıdakı ilk oyunda 3:1 hesabı ilə qalib gəlib.
