"Qəbələ" Cavid Hüseynovun transferindən sonra daha bir transferə imza atıb.
Korner.az xəbər verir ki, yeni transfer Pavel Farkas İtaliyanın "Ternana" komandasından təşrif buyurub.
26 yaşlı futbolçu bu vaxta qədər Slovakiyanın "Nitra" və "Petrajalka", Rumıniyanın "Vasluy", İtaliyanın "Kyevo" komandalarında oynayıb.
Qeyd edək ki, Farkas 3 dəfə Slovakiya millisinin heyətində yer alıb.
