Antalyada təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandasının daha bir rəqibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Luis Araqon yetirmələrini yanvarın 25-də Donetsk “Şaxtyor”unun (Ukrayna) əvəzedici komandası ilə oyunda sınayacaq.
Qeyd edək ki, “Qəbələ” dünən Moskva “Lokomotiv”inin gənclərdən ibarət komandası ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Komanda sabah Küveytin U-21 yığması ilə üz-üzə gələcək.
