“Qəbələ” və “Neftçi”dən qələbə
14.08.2022 , 22:22

Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk matçında “Qəbələ” “Şamaxı”nı qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
Turun son matçı “Bakcell Arena”da olub. “Neftçi” burada Gəncənin “Kəpəz” klubunu sınağa çəkib və 5:1 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
II tur
14 avqust
Qəbələ – Şamaxı – 3:1
Qollar: Rövlan Muradov, 8, Murad Musayev, 10, Felipe Santos, 20, Amil Yunanov, 56
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
Qəbələ şəhər stadionu, 18:20
Neftçi – Kəpəz – 5:2
Qollar: Solomon Kvirkveliya, 11, Emin Mahmudov, 12, Kenni Sayef, 15, Eddi İsrafilov, 51, Abdullahi Şuaybu, 57, Yeqor Boqomolski, 89, Nicat Süleymanov, 90+3
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
“Bakcell Arena”, 20:30
