“Qəbələ” “Sabah”la qarşılaşacaq
03.07.2023 , 14:44

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” və “Sabah” bu gün yoldaşlıq oyununda üz-üzə gələcəklər.
Korner.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Hər iki komanda Azərbaycanı Konfrans Liqasında təmsil edəcək. “Qəbələ” II mərhələdə Kipr “Omoniya”sı ilə qarşılaşacaq. “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
