“Qarabağ” “Sumqayıt”ı darmadağın etdi, Qəbələdə qolsuz bərabərlik
01.04.2019 , 20:23

Bu gün ölkə çempionatda 22-ci turun son 2 görüşü keçirilib.
“Qəbələ” doğma meydanda “Sabah”la qarşılaşıb. Hər iki tərəfin hücum cəhdlərinə baxmayaraq görüşdə hesab açılmayıb.
Turun son görüşündə “Qarabağ” “Sumqayıt”ın qonağı olub. Görüş Ağdam təmsilçisinin 6:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
1 aprel, bazar ertəsi
“Qəbələ” – “Sabah” – 0:0
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev
Qəbələ şəhər stadionu
“Sumqayıt” – “Qarabağ” – 0:6
Qollar: 17′ Dani Kintana (0-1), 20′ Mahir Mədətov (0-2), 40′ Mahir Mədətov (0-3), 51′ Filip Ozobiç (0-4), 78’Abdulla Zubir (0-5), 84’Abdulla Zubir (0-6)
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu
Sumqayıt, “Kapital Bank Arena”
