“Qəbələ”dən ilk qələbə, “Zirə” “Səbail”lə heç-heçə etdi
31.10.2020 , 18:00

Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Meydan sahibləri görüşdə ilk qələbəsini qazanıb – 2:1.
Günün digər oyununda isə “Zirə” ilə “Səbail”lə qarşılaşı. Görüş qolsuz heç-heçə ilə bitib – 0:0.
Azərbaycan Premyer Liqası
VIII tur
31 oktyabr
14:00. “Qəbələ” – “Sabah” – 2:1
Qol: Yusif Nəbiyev, 31, Raysel, 54, Ramil Şeydayev, 80
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.
16:00. “Zirə” – “Səbail” – 0:0
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov.
Zirə İdman Kompleksinin stadionu.
