“Sabah”dan qələbə, “Səbail”dən heç-heçə
08.02.2022 , 21:00

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.
Korner.az-ın məlumatına görə, son oyun günündə iki görüş keçirilib.
Günün ilk matçında “Qəbələ” Bakıda “Sabah”ın qonağı olub və 0:3 hesabı ilə məğlub olub. Tura Bayılda yekun vurulub. Burada “Səbail” “Sumqayıt”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
8 fevral (çərşənbə axşamı)
17:00. “Sabah” – “Qəbələ” – 3:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
“Bank Respublika Arena”.
19:15. “Səbail” – “Sumqayıt” – 1:1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
“ASCO Arena”.
7 fevral (bazar ertəsi)
“Neftçi” – “Qarabağ” – 1:2
“Keşlə” – “Zirə” – 0:1
