Ölkə futbolu

“Qəbələ” – “Sabah”: 15-ci duel

12.05.2021 , 18:50

Mayın 14-də Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. “Qəbələ” öz meydanında “Sabah”la görüşəcək. Bu, “qırmızı-qaralar”ın cari mövsümdə son ev oyunu olacaq.

Korner.az klubun saytına istinadən xəbər verir ki, komanda paytaxt təmsilçisi ilə 15-ci dəfə qarşılaşacaq. Əvvəlki 14 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən komanda 1 dəfə heç-heçə edib və 5 oyunda uduzub. Keçirilən görüşlərdə 17 qola sevinən futbolçular 14 top buraxıb. Davit Volkovla Klesio Bauk “Sabah”ın qapısına daha çox – hərəyə 3 qol vurublar.

Rəqiblər çempionatda 10 dəfə üz-üzə gəlib. “Qəbələ” 4, “Sabah” 5 dəfə qalib gəlibsə, bir görüş heç-heçə bitib. 9 qol vuran “qırmızı-qaralar” öz qapısından 12 top buraxıb.

“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 1 heç-heçəsi olan komanda yalnız 1 matçda məğlub olub. Bu oyunlarda 10 qola sevinən futbolçular 7 top buraxıb.

Xatırladaq ki, mayın 14-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sabah” oyunu saat 17:00-da başlayacaq.

Son yazılar

Yuxarı