“Qəbələ” “Səbail”lə qarşılaşacaq
15.11.2019 , 19:35

Premyer Liqada yaranmış fasilədən istifadə edən “Qəbələ” yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” “Səbail”lə qarşılaşacaq. Oyun noyabrın 16-sı “Asco Arena”da keçiriləcək.
Matça saat 16:00-da start veriləcək.
