“Qəbələ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
01.05.2023 , 22:05

Azərbaycan Premyer Liqasında XXXII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, bu gün iki görüş baş tutubx
Günün ilk oyununda “Qəbələ” “Səbail”i qəbul edib və 4:2 hesablı qələbə qazanıb.
Günün digər görüşündə “Zirə” “Turan Tovuz”u qəbul edəcək. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XXXII tur
1 may
17:30 “Qəbələ” – “Səbail” – 4:2
Qollar: Ramon Maçado, 21; 90+4, Petro Stasyuk, 37 (avtoqol) ,Əyyub Allaş, 49 – Ruslan Hacıyev, 69, Mirabdulla Abbasov, 84
Qəbələ şəhər stadionu
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov
20:00 “Zirə” – “Turan Tovuz” – 1:3
Qollar: Loris Broqno, 86 – Şəhriyar Əliyev, 3, Natan Oduva, 57, Roderik Miller, 60
Zirə İdman Kompleksinin stadionu
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev
