Qəbələdə heç-heçə, “Neftçi”dən qələbə
24.10.2020 , 17:57

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start verilib. İlk oyun günündə 2 görüş keçirilib.
Əvvəlcə “Qəbələ” doğma meydanda “Səbail”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Günün digər oyununda isə “Neftçi” “Keşlə”nin qonağı olub. Meydan sahibləri bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.
Azərbaycan Premyer Liqası
VII tur
24 oktyabr
14:00.“Qəbələ” – “Səbail” – 1:1
Qollar: Yurqen Qoca, 4 – Hendrik Ekşteyn, 26
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli
Qəbələ şəhər stadionu
16:00.“Keşlə” – “Neftçi” – 0:1
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
ASK Arena
