“Qəbələ” klubu Rusiyanın Sankt-Peterburq şəhərində 12 yaşa qədər futbolçular arasında keçirilən “Young Talents” turnirinə uğurlu start verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qrup mərhələsinin ilk oyununda Rusiyanın “Orel” klubuyla qarşılaşan komanda 2:1 hesabı ilə qalib gəlib.
Matç “Qəbələ”nin üstünlüyü şəraitində keçib. İlk hissədə iki qol vuran "Qəbələ" fasilədən sonra da üstünlüyünü qoruyub – 2:1.
