Sankt-Peterburda 12 yaşadək uşaqlar arasında keçirilən futbol üzrə "Gənc istedadlar" beynəlxalq turniri başa çatıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandamız yekun oyunda Rusiyanın "Sinare" klubuna 0:1 hesabı ilə məğlub olub və 22 klub arasında 12-ci yeri tutub.
Finalda "Zenit" klubunu 3:0 hesabı ilı məğlub edən "Barselona" isə turnirin qalibi olub.
