“Qəbələ” Rumıniya klubu ilə heç-heçə etdi
25.01.2020 , 20:49

Antalyada təlim-məşq toplanışı keçirən “Qəbələ” bu gün son yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, “qırmızı qaralar” Rumınyanın “Konkordiya” komandası ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 2:2.
Bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) komandaları ilə üz-üzə gəlib.
Yoxlama oyunu
25 yanvar
“Qəbələ” – “Konkordiya” (Rumıniya) – 2:2
Qollar: Asif Məmmədov, 21, Amin Seydiyev, 52
“Qəbələ”: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 4. Sadiq Quliyev, 5. Murad Musayev, 8. Qismət Alıyev, 9. Ehtiram Şahverdiyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 14. Ülvi İsgəndərov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev
