“Qəbələ” Region Liqa təmsilçisi ilə qarşılaşacaq
27.02.2019 , 10:54

“Qəbələ” bu gün yoxlama görüşü keçirəcək.
“Qırmızı-qaralar” Region Liqasında mübarizə aparan “FC Baku” ilə qarşılaşacaq. Bu barədə həvəskar komandanın sosial şəbəkə hesabı məlumat yayıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq görüşün start fiti 11:30-da səslənəcək.
