“Bu çox gülməli və absurd bir xəbərdi. Kimlər uydurur bunları çox maraqlıdı. Bizim nə əsas və əvəzəedici, nə də futbol akademiyamızada belə bir şeydən söhbət gedə bilməz. Biz heç kimin dini inancına qarışmırıq. Hər kəsin inancına hörmətlə yanaşırıq. Lakin heç kimə də hansısa inancı təriqəti də təbliğ etmirik və belə fikrimiz də yoxdu”.
Korner.az-a açıqlamasında bu fikirləri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı klubda vəhhabiliyin təbliğatı məsələsiylə bağlı iddialara cavab olaraq bildirib.
Qeyd edək ki, mətbuatda “Qəbələ” klubunun xüsusilə də gənc futbolçulara vəhhabilik təriqətini təbliğ etdiyi xəbərləri yayılıb.