Premyer Liqanın XXXIV turunda “Qarabağ”ın qonağı olacaq “Qəbələ” bu matça ciddi itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın heyətində Rəşad Sadiqov ağdamlılarla oyunda komandasına kömək edə bilməyəcək. Buna səbəb onun “Zirə” ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşməsidi.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı mayın 11-i saat 19:00-da start götürəcək.
